Hansı hallarda işçilər istirahət, səsvermə, iş günü olmayan bayram günlərində, ümumxalq hüzn günündə işçilərin işə cəlb oluna bilər?

Hansı hallarda işçilər istirahət, səsvermə, iş günü olmayan bayram günlərində, ümumxalq hüzn günündə işçilərin işə cəlb oluna bilər?

Qanunvericilikdə qeyd edilən müstəsna halları haqqında məlumat

Əmək Məcəlləsində olan maraqlı məsələlərdən bir də istirahət, səsvermə, iş günü olmayan bayram günlərində, ümumxalq hüzn günündə işçilərin işə cəlb olunmasıdır. Bu günlər faktiki olaraq iş günü sayılmasa da, işəgötürən işçiləri işə cəlb edə bilər. Müstəsna hallarda işçilər qeyd etdiyimiz günlərdə işə cəlb oluna bilərlər. Həmin müstəsna hallar haqqında işçinin iş vaxtından artıq işlərə cəlb olunması ilə bağlı fəsildə ətraflı məlumat verilib. Bu hallar istirahət, səsvermə, iş günü olmayan bayram günlərinə,
ümumxalq hüzn gününə də aiddir.

Belə müstəsna hallar aşağıdakılardır:
• Dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
• Su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqdan ötrü
zəruri işlərin görülməsini təmin etmək üçün;
• Fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində işin davamiyyətinin pozulmaması və əhaliyə xidmətin təşkilinin tamlığı məqsədilə.

Mənbə: “Əmək Münasibətləri: A-dan Z-yə” kitabı
P.S. “Əmək Münasibətləri: A-dan Z-yə” kitabının satış qiyməti 20 manatdır. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir. Hal-hazırda kitabın satışı yekunlaşıb və yaxın zamanlarda çapı planlaşdırılır. Gələcəkdə kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected]  və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər