ƏDV ilə alınmış malların sonradan qeyri-istehsalat məqsədləri üçün istifadə olunduqda ƏDV necə tənzimlənir?

ƏDV ilə alınmış malların sonradan qeyri-istehsalat məqsədləri üçün istifadə olunduqda ƏDV necə tənzimlənir?

ƏDV-lə bağlı maraqlı məsələyə ikili baxış

Təcrübədə ƏDV ilə alınmış malların sonradan istehsalat məqsədləri üçün yox, qeyri-istehsalat məqsədləri üçün istifadə olunması və əlavə təbii itki normaları çərçivəsində malların miqdarının azalması zamanı ƏDV-nin aqibətinin necə olması haqqında çoxlu suallar verirlər. Vergi Məcəlləsinin ƏDV ilə bağlı olan vergitutma obyektlərindən biri bu məsələlərlə bağlıdır. Belə ki, vergi ödəyicisinin aldığı malın dəyərinin tərkibində ƏDV varsa, o, bunu əvəzləşdirmək hüququna malikdir.

Sonradan vergi ödəyicisi həmin malı istehsalat (kommersiya) məqsədləri üçün yox, qeyri-kommersiya məqsədələri üçün istifadə edərsə (məsələn, sosial, mədəni, əyləncə tədbirləri üçün) onda əvəzləşdirilmiş ƏDV geri hesablanılır.
Həmçinin, bu qayda malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması məsələlərinə də aiddir. Bir məqamdan – fövqəladə hallardan başqa. Tutaq ki, ərazidə sel sulları nəticəsində mallar xarab olub, çay daşqını yuyub malları aparıb və qalıq əskik gəlib. Bu halda ƏDV geri hesablanılmır.

Mənbə: “Əlavə Dəyər vergisi: A-dan Z-yə” kitabı

P.S. : “Əlavə Dəyər vergisi: A-dan Z-yə” kitabının satış qiyməti 20 manatdır. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.  Kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected]  və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər