Əməliyyatların timsalında müxabirləşmələrin nəzərdən keçirilməsi
"Mühasibət uçotu" kitabı haqda melumatlar
Aydın olur ki, 521 saylı hesab 68 saylı balans hesabını, 522 saylı hesab isə 69 saylı balans hesabını, 523 saylı hesab isə 67 saylı balans hesabını əvəz edir. Bir məqamı da qeyd edək ki, istənilən şəxs bu hesablarda əlavə subhesablar aça bilərlər.
Məsələn:
521-1. «İşçilərin əməkhaqqılarından gəlir vergisi
521-2. «ƏDV»
521-3. «Mənfəət vergisi»
522-4. «Sadələşdirilmiş vergi»
Vergi və sair ödənişlər üzrə öhdəliklər İndi isə əməliyyatların timsalında müxabirləşmələri nəzərdən keçirək.
«AA» müəssisəsi 2010-cu ilin noyabr ayında 10.000 manatlıq mal satıb. Satışa 1.800 manat (18%-lik ƏDV) əlavə olunub. Alıcı 10.000 manatı bank hesabına, 1.800 manatı isə depozit hesabına ödəyib.
Bu halda müxabirləşmələr belə olacaq:
Mühasibat uçotu
DT KT Məbləğ Əməliyyatın açılışı
62 (Alıcılar və sifarişçilərlə hesablaşmalar) 46 (Məhsul(iş, xidmət) satışı 11.800 manat Mal satılıb.
217 (Digər qısamüddətli debitor borcları) 601 (Satış)
46 (Məhsul (iş, xidmət) satışı 68-2 (Büdcə ilə hesablaşmalar - ƏDV) 1.800 manat 18%-lik ƏDV büdcəyə he sablanılıb.
601 (Satış) 521-2 (Vergi öhdəlikləri - ƏDV)
51 (Hesablaşma hesabı) 62 (Alıcılar və sifarişçilərlə hesablaşmalar) 10.000 manat Alıcı mallın dəyərini «AA» firmasının bank hesabına ödəyib.
223 (Bank hesablaşma hesabları) 217 (Digər qısamüddətli debitor borcları)
53 (Depozit hesabı) 62 (Alıcılar və sifarişçilərlə hesablaşmalar) 1.800 manat Alıcı ƏDV-ni «AA» firmasının depozit hesabına ödəyib.
226 (Depozit hesabı) 217 (Digər qısamüddətli debitor borcları)
Mənbə: “Mühasibat uçotu” kitabı
P.S. “Mühasibat uçotu” kitabının satış qiyməti 20 manatdır. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir. Hal-hazırda kitabın satışı yekunlaşıb və yaxın zamanlarda çapı planlaşdırılır. Gələcəkdə kitabı əldə etmək üçün əlaqə telefon nömrənizi [email protected] və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın