Vergilər Nazirliyi ən çox hansı sahədə vergidən yayınma halları açıqladı?
Hazırda vergidən yayınma halları ən çox pərakəndə ticarət və iaşə xidmətində müşahidə edilir. «APA-Economics»in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin rəisi Habil Məmmədov bildirib.
Onun sözlərinə görə, pərakəndə ticarət, ictimai iaşə, ümumiyyətlə, kassa aparatları ilə əlaqədar fəaliyyət göstərən vergi ödəyiciləri bir qayda olaraq vergidən yayınmağa çalışırlar: «Bu sahədə yayınmağa cəhd kifayət qədərdir. Biz kassa aparatlarının tətbiqi məsələlərinə praktiki olaraq nail olmuşuq, amma bu gün hətta Bakı şəhərinin özündə kassa aparatlarından istifadə edilməsi səviyyəsi günün tələbləri səviyyəsində deyil».
Departament rəhbərinin sözlərinə görə, hazırda yeni kassa aparatları və POS-terminalların tələb olunan bütün obyektlərdə quraşdırılması və onlardan istifadə, eləcə də işçilərdə əmək müqavilələrinin bağlanması prioritet məsələlərdəndir.
0 Komment
Şərh yazın