2012-ci ildə vergi yoxlamaları zamanı bağlanılan əmək müqavilələrinin sayı .... 100 000-ə yaxındır
2012-ci ildə səyyar vergi yoxlamaları nəticəsində əlavə hesablanmış vergilərin həcmi 451,7 milyon manat təşkil edib. 2010-cu ildə bu rəqəm 134 milyon manat olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Vergilər Nazirliyinin Vergi auditi departamentinin rəhbəri Habil Məmmədov "Açıq qapı" günü çərçivəsində bildirib.
Onun sözlərinə görə, bu vəsaitdən ölkənin dövlət büdcəsinə 387,9 milyon manat həcmində daxilolma təmin edilib ki, bu da hesablanmış vergilərin ümumi həcminin 85,9 faizini təşkil edir.
Ötən il nağdsız hesablaşmalar sahəsinin genişləndirilməsi çərçivəsində Departament tərəfindən vergi ödəyicilərinin obyektlərində quraşdırılan 116 124 nəzarət-kassa aparatı və 28 712 POS-terminal qeydiyyata alınıb.
"2012-ci ildə, həmçinin əmək münasabitləri üzərində vergi nəzarətini gücləndirmək, o cümlədən qanunsuz məşğulluğun leqallaşdırılması və muzdlu işçilərin əməkhaqqından vergi daxilolamaları sahəsində vergitutma bazasının genişləndirilməsi məqsədilə tədbirlər keçirilib. Bunun nəticəsində, təqribən 25 798 vergi ödəyicisi üzrə 97480 əmək müqaviləsi bağlanılıb" , - Məmmədov qeyd edib. "Açıq qapı" günü çərçivəsində Departamentin fəaliyyətilə tanışılıq olub.
0 Komment
Şərh yazın