ƏDV depozit hesabına səhvən məbləğ daxil olarsa....

ƏDV depozit hesabına səhvən məbləğ daxil olarsa....

Hansı addımlar atılmalıdır ki, sonra vergi orqanları ilə problem çıxmasın....

Sual: Yanlış olaraq başqa şirkət tərəfindən Depozitimizə köçürülmüş ƏDV məbləğini geri qaytarırıqsa həmin aya kameral yoxlama uyğunsuzluğu ilə bağlı məktub aldıqda necə hərəkət etməli olduğumuz barədə məlumat verməyinizi Sizdən xahiş edirəm.

Fərid Rəhimov

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, kameral yoxlamanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə vergi orqanında olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edilir və bu barədə vergi ödəyicisinə 5 gün müddətində Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergilərin hesablanmasına dair qərar göndərilir.

Vergi ödəyicisi tərəfindən şirkətinizin ƏDV depoziti sub-hesabına səhvən ödənilmiş ƏDV məbləğinin geri qaytarılması məqsədi ilə həmin şəxs yazılı formada Sizə müraciət etməlidir. Bundan sonra, sözügedən müraciətin bir nüsxəsi əlavə edilməklə tərəfinizdən qeyd edilən ödəniş barədə müvafiq məlumat vergi orqanına təqdim olunmalıdır.

Əlavə olaraq bildiririk ki, kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan Vergi Məcəlləsində müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergilər hesablanır.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər