ƏLA FƏRMAN! 8 MART GÜNÜ HƏR XANIMA 40 MANAT HƏDİYYƏ....
Türkmənistan qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı Qurbanqulu Berdiməhəmmədovdan 40 manat (14 ABŞ dolları) məbləğində hədiyyə alacaqlar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla bağlı Türkmənistan Prezidenti cümə günü sərəncam imzalayıb.
Türkmənistan Prezidentinin adından veriləcək pul hədiyyəsi yaşından və işlədiyi yerdən asılı olmayaraq ölkə ərazisində yaşayan bütün qadınlara veriləcək.
Xatırladaq ki, bayram zamanı xanımlara pul hədiyyəsinin verilməsi ənənəsi 2001-ci ildə Türkmənistanın ilk prezidenti Safarmurad Niyazov tərəfindən qoyulub.
0 Komment
Şərh yazın