Hansı hallarda 332 saylı hesab əvəzinə 731 sayı hesabdan istifadə olunur?

Hansı hallarda 332 saylı hesab əvəzinə 731 sayı hesabdan istifadə olunur?

Sual: - Salam, mən sizin nəşriniz olan “Mühasibat uçotu” kitabnı əldə edib, oxumuşam. Orada məzənnə fərqini  731 saylı hesaba yazmısınız. Axı yeni hesablar planında 332 saylı “Məzənnə fərqi” hesabı var, fərq ora yazılmalı deyilmi?

 
Elşən Əbdürrəhimli
 
Cavab: - Sualınızı cavablandırmaq üçün qeyd etdiyiniz 332 saylı balans hesabına nəzər yetirək. Hesablar planının 332-ci hesabında məzənnə fərqləri üzrə ehtiyat barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır. Müəssisənin xarici valyutada əməliyyatlar aparması nəticəsində bu pul vəsaitlərinin manata çevrilməsi zamanı yaranmış gəlir (və ya zərər) həmin hesabın
kreditinə (və ya debetinə) yazılmalıdır. Xarici valyutanın mübadiləsindən əldə edilmiş gəlirlər pul vəsaitlərinə çevrildikdən sonra səhmdarlar arasında bölüşdürülməsi mümkündür. 731-ci hesab aydındır.
332 saylı hesab isə 33 saylı maddəyə daxildir. Həmin maddə «Kapital ehtiyatları» adlanır. Standarta keçməmişdən əvvəl də adından da göründüyü kimi kapitala aid olan hər hansı bir əməliyyatda məzənnə fərqi yaranarsa, bu fərqlər kapitala aid olunmalıdır.
Əməliyyat fəaliyyətindən, əməliyyatlardan, debitor, kreditor borclarından yaranan mənfi məzənnə fərqləri isə birbaşa “Mənfəət və zərər” hesabatında əks olunmalı, müxabirləşmə zamanı 731-ci hesaba yazılmalıdır.
Bu açıqlamalar 22 saylı «Xarici valyuta məzənnələrində dəyişikliklərin uçotu» Milli Mühasibat Uçotu Standartı ilə tənzimlənir. 332-ci hesabdan əsasən kolsalidasiya olunmuş maliyyə hesabatlarının hazırlanması zamanı - yenildənqiymətləndirmə, digər valyuta ilə alınmış qeyri-monetar maddələrin kolsalidasiya olunmuş maliyyə hesabatlarında uçotu -  istifadə olunur.
Burada incə məqamlar çoxdur. Odur ki, kitabda əks etdiyimiz müxabirləşmələr düzgündür.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər