Sadələşdirilmiş vergi ödəyici əvəzsiz verdiyi malına görə 4 faiz hesablamalıdır?
Sual: Salam sualım belədir. Təşkilatımız sadələşmiş verginin ödəyicisidir. Qarşılıqlı razılaşma əsasında digər təşkilata əvəzsiz olaraq mal verir. Bu halda 4% sadələşmiş vergi öhdəliyi yaranırmı?
Emin Rasulov
Cavab: Bildiririk ki, malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsidir (Vergi Məcəlləsi, maddə 13.2.10).
Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər hesab olunur.
Vergi Məcəlləsinin 106.1.2-ci maddəsi ilə yalnız qeyri-kommersiya təşkilatlarının əvəzsiz qaydada aldıqları köçürmələr mənfəət vergisindən azad edilmişdir.
Qeyd olunanları nəzərə alaraq əmlakın əvəzsiz qaydada verilməsi qeyri-kommersiya təşkilatları olmayan şəxslər arasında həyata keçirilərkən tərəflər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq vergiləri hesablayıb ödəməlidirlər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın