Vergilər Nazirliyi işə qəbul olunanların siyahısı açıqladı (SİYAHI)

Vergilər Nazirliyi işə qəbul olunanların siyahısı açıqladı (SİYAHI)


Aşağıda siyahıda verilən namizədlər dövlət vergi orqanlarına işə qəbul məqsədilə keçirilmiş müsabiqəni uğurla keçmiş sayılır və həmin namizədlər 25 fevral – 1 mart tarixlərində aşağıda göstərilən sənədləri cədvəldə qeyd olunan qrafikə uyğun olaraq tələb olunan qaydada doldurub kağız qovluqda Vergilər Nazirliyinin qəbul otağına (Bakı şəhəri, Yasamal rayonu, L.Landau küçəsi 16) təqdim etməlidirlər.

1. Kadrların şəxsi uçot vərəqəsi (blank nazirliyin qəbul otağında ödənişsiz verilir)

-         bütün qrafalar sənədlərdə olduğu kimi doldurulmalıdır. Namizədin 1-dən çox ali təhsili olduqda bütün ali təhsilləri, həmçinin magistr təhsili 8-ci qrafada qeyd olunmalıdır.

-      10, 11, 12 və 13-cü qrafalardakı sualları tam və ətraflı şəkildə cavablandırmaq lazımdır. Qrafalardakı suallar boş saxlanılmamalıdır. Elmi əsər və ya elmi dərəcə yoxdursa, “yoxdur” sözü qeyd olunmaldır.

-      14-cü qrafanı bələdiyyə, deputat və prezident seçkilərində namizəd kimi iştirak etmiş və seçilmiş şəxslər doldurmalıdır. Əgər bu kimi seçkilərdə iştirak edilməyibsə, “iştirak etməmişəm” qeyd olunmalıdır.

-      15-ci qrafalardakı xanalarda ata, ana, qardaş, bacı, arvad (ər), oğul, qız, qayınata, qayınana, baldız və qayın haqqında məlumatlar onların şəxsiyyət vəsiqələrində göstərilən və həqiqi məlumatlara əsasən doldurulmalıdır. Təvəllüdləri gün, ay, il şəklində qeyd olunmalıdır. Əgər yaxın qohum xarici ölkədə yaşayırsa, onun yaşadığı ölkə və şəhər qeyd olunmalıdır.

-      19-cu qrafada namizədin qeydiyyat və faktiki yaşayış ünvanı fərqlidirsə ünvanın qarşısında qeydiyyat və ya yaşayış olması qeyd olunmaq şərti ilə ikisi də qeyd olunmalıdır.

2. Tərcümeyi-hal (blank nazirliyin qəbul otağında ödənişsiz verilir)

-      özü haqqında doğulduğu gündən bugünədək olan məlumatlar ətraflı yazılmalı, daha sonra kadrların şəxsi uçot vərəqəsinin 15-ci qrafasında qeyd olunan yaxın qohumlar haqqında qısa məlumatlar (qohumluq dərəcəsi, adı, soyadı, atasının adı, doğulduğu gün, ay, il, yer, təhsili, hal-hazırki iş yeri və yaşayış ünvanı) qeyd olunmalı, sənəd namizəd tərəfindən şəxsən doldurulmalı və imza ilə təsdiq olunmalıdır.

3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti

4. Ali təhsil haqqında sənəd(lər)in (diplom(lar)un) notarial qaydada təsdiq olunmuş surəti (xaricdə ölkələrdə ali təhsil almış şəxslərin diplomları Təhsil Nazirliyində nostrifikasiya (təsdiq) olunmalıdır)

5. Hərbi biletin bütün qeyd aparılmış vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti

6. Əmək kitabçasının (əgər varsa) təsdiq olunmuş surəti və ya əmək fəaliyyətinin olmaması barədə arayış

7. Namizəd evlidirsə nikah haqqında şəhadətnamənin və uşaqların doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətləri

8. 1 ədəd 9x12 ölçüdə, 2 ədəd 4x6 ölçüdə kağız daşıyıcıda, 1 ədəd 3x4 ölçüdə elektron daşıyıcıda ağ fonda şəkillər (kişilər kostyumda və qalstukda)

9. Yaşayış yerinin poliklinikasından namizədin sağlam olması haqqında 086/u №–-li formada arayış

10. Yaşayış yerindən və ailə tərkibi haqqında arayış (eyni sənəddə təqdim oluna bilər)

11. Respublika Narkoloji Dispanserindən (Bakı şəhəri, Zığ şosesi 13 ünvanında yerləşir) arayış və yoxlama aktı

Qeyd: Namizəd sənədlərini müəyyən olunmuş müddətdə təqdim etməzsə, təhrif olunmuş məlumat təqdim edərsə və ya məlumatlar ilkin təqdim etdiyi ərizə ilə uyğunsuzluq təşkil edərsə, əsaslandırılmış şəkildə Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır. Müsabiqəni müvəffəqiyyətlə keçmiş hər hansı sahibkarlıq fəaliyyət ilə məşğul olan (VÖEN-i olan) namizəd sahibkarlıq fəaliyyəti ləğv olunduqdan sonra dövlət vergi orqanlarında işlə təmin olunur.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər