Nəzarət kassa aparatı olsa belə, kassa mədaxil orderi ilə satışa sanksiya hesablanır?

Nəzarət kassa aparatı olsa belə, kassa mədaxil orderi ilə satışa sanksiya hesablanır?

Fərqli yanaşmalar olduğu məsələyə Vergilər Nazirliyinin mövqeyi

Sual: Salam. Sualım belədir: Əgər şirkətə nəzarət-kassa aparatı qoyulubsa, ancaq daxil olan pul ciddi hesab blankı olan mədaxil qəbzinə yazılıbsa, buna görə maliyyə sanksiyası tədbiq oluna bilər? Qeyd edim ki, bu mədaxil nağd satışdan olmayıb, keçmiş dövrün satışı olub. Bu sual bir nəçə auditor tərəfindən fərqli cavablandırılıb. Sualıma vaxt ayırdığınız üçün təşəkkürlər!

M. Quliyeva

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri istisna edilməklə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyicilərinin belə hesablaşmaları nəzarət-kassa aparatları (NKA) vasitəsilə həyata keçirmələri müəyyənləşdirilmişdir.

Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 nömrəli Qərarı ilə (əlavə və dəyişikliklər nəzərə alınmaqla) təsdiq edilmiş “Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq nağd hesablaşmalarının aparıldığı obyektlərdə alınmış malın (işin, xidmətin) dəyəri NKA-nın yaddaşına daxil edilməli və müştəriyə özündə qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən NKA-dan çek verilməlidir.

Odur ki, tərəfinizdən nağd pul hesablaşmaları dövlət reyestrinə daxil edilmiş NKA vasitəsilə həyata keçirməli və ödənilən pulun müqabilində alıcıya Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan məlumatları, o cümlədən vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, obyektinin adı və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yaxud məbləği, gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, NKA-nın markası və zavod nömrəsini və NKA-nın fiksal rejiminin nişanı (əlaməti) əks etdirən çek təqdim edilməlidir.

Qeyd olunanlara əməl edilmədən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə isə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsində göstərilən qaydada maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: Vergilər Nazirliyi

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər