Niyə Vergi Məcəlləsinə dəyişiklikdə ƏDV üçün hədd aşağı salındı?
Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev: "Gələcəkdə isə bu həddin daha da aşağı salınması mümkün ola bilər"
Sual: Daha bir dəyişikliklə sadələşdirilmiş vergi ödəyiciləri olan hüquqi şəxslər üçün müəyyən edilmiş həddin 120 min manata endirilməsi nəzərdə tutulur. Bu dəyişikliyin zərurəti nədən qaynaqlanır?
Cavab: Ümumiyyətlə, əksər beynəlxalq institutlar (Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Amerika Ticarət Palatası və s.) və vergi mütəxəssisləri sadələşdirilmiş verginin tətbiqinin əleyhinədirlər. Bəzi hallarda eyni yerdə eyni fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergiləri fərqli dərəcələrlə ödəyirlər. Bu da müəyyən suallara səbəb olur. Həmin səbəbdən bu dəfə həddin 120 min manata endirilməsi qərara alındı. Gələcəkdə isə bu həddin daha da aşağı salınması mümkün ola bilər. Ölkəmizdə 480 mindən çox vergi ödəyicisi qeydiyyatda olsa da, onların cəmi 19 mini əlavə dəyər vergisinin ödəyicisidir. Bu isə çox azdır.
Mənbə: AzərTac
0 Komment
Şərh yazın