Mərkəzi Bankdan səyyar kreditləşməyə YOX?
" Belə faktlar bankların əməliyyat risklərini artırır"
Azərbaycan Mərkəzi Bankı (AMB) filial və şəbəkələri xaricində bank xidmətləri göstərən banklara qarşı sanksiyalar tətbiq edə bilər.
"Hazırda bankın filial və şəbəkələri xaricində bank xidmətləri göstərilməsi üçün hüquqi əsas yoxdur. Belə faktlar bankların əməliyyat risklərini artırır", - bu barədə bazar ertəsi Trend-ə AMB-nin Kommunikasiya Departamentinin direktoru Rüfət Abbasov deyib.
Qeyd edək ki, AMB mobil məntəqələrdə bank xidmətlərinin göstərilməsini dayandırmaq göstərişi ilə kommersiya banklarına məktub göndərib.
0 Komment
Şərh yazın