Muzdlu işlə əlaqədar bəyannamə boş göndərilsə də, kameral uyğunsuzluq məktubu gəlib

Muzdlu işlə əlaqədar bəyannamə boş göndərilsə də, kameral uyğunsuzluq məktubu gəlib

Vergilər Nazirliyi bu halla rastlaşanlara nə etməsi haqqında məsləhət verir...

Sual: 2012-ci il də firmada hər bir bank və kassa əməliyyatı aparılmayıb. Bu səbəbdən də il ərzində işçiləri öz hesabına buraxılıb və əmək haqqı hesablanmayıb (əmrə əsasən). 2012-ci ilin Muzdlu işlə əlaqədar əmək haqqının hesablanma bəyannaməsini boş olaraq təqdim edilib (illik), Əlavə 3 formasını doldurulmayıb. Bu səbəbdən də kameral məktub göndərilib. İndi bilmək istəyirəm ki, Əlavə 3 blankını doldurulmalıdırmı? Əgər doldurulmalıdırsa nəyə əsasən doldurulmalıdır?

Kəmalə

Cavab: Vergilər Nazirliyinin 18 iyul 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə №– 3»ün tərtib edilməsi Qaydasına əsasən bu Əlavə Vergi Məcəlləsinin 98-ci və 150-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən tərtib edilir. Sözügedən Əlavə ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən illik “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə birlikdə, digər vergi ödəyiciləri tərəfindən isə 4-cü rübün bəyannaməsi ilə birlikdə təqdim edilir. Eyni zamanda həmin qaydalara əsasən qeyd edilən Əlavədə hesabat dövründə işçilərə hesablanmış əmək haqqının göstəriciləri əks etdirilir, bu Əlavə ləğv olunma və ya bu tədiyə üzrə fəaliyyətin dayandırdığı tarixə (yekun) bəyannamə ilə birlikdə təqdim edilir.

Bu Əlavədə vergi ödəyicinin il ərzində hər bir vəzifə üzrə işçilərinin sayı, onlara hesablanmış əmək-haqqı fondu, orta aylıq əmək-haqqı fondu və bir işçinin orta aylıq əmək-haqqı barədə məlumatlar qeyd olunmaqla təqdim edilir.

Vergi ödəyicisi il ərzində hesabat dövrlərinin hər hansı birində digər bəyannamələrin (ƏDV, sadələşdirilmiş vergi) “Muzdlu işlə əlaqədar verginin hesablanması” bölməsində işçilərlə bağlı məlumat qeyd edildiyi halda, mütləq illik bəyannamənin Əlavə №– 3 formasında da müvafiq məlumatlar qeyd etməli, muzdlu işçilərlə əlaqədar məlumat göstərilmədikdə isə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” əvəzinə BTP proqramında “Vergi öhdəliyinin yaranmaması barədə Arayış” forması tərtib edərək təqdim olunmalıdır (ətraflı məlumat üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) daxil olaraq “Bəyannamə” bölməsindən “Bəyannamələrin doldurulma qaydaları” ilə tanış ola bilərsiniz).

Vergi orqanı tərəfində aparılan kameral yoxlama zamanı müəyyən edilən uyğunsuzluqları aradan qaldırmaq üçün müvafiq faktları təstiq edən sənədlərələ birlikdə əsasəlandırılmış məktubla qeydiyyatda olduğunuz vergi orqanına müraciət edilməlidir.

Əlavə olaraq onu da bildiririk ki, muzdlu işçiləri olan və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi sayılan (mükəlləfiyyəti olan) vergi ödəyiciləri tərəfindən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməlidir.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər