Fazil Məmmədovdan minimum əmək haqqı ilə bağlı açıqlama
"Bu təkliflləri Dövlət Sosial Müdafiə Fondu Prezident Administrasiyasına göndərib"
Azərbaycanda iqtisadiyyatın ayrı-ayrı sahələrində ödənilən əmək haqlarına görə minimal hədd tətbiq oluna bilər.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov deyib.
Nazirin sözlərinə görə, Nazirlər Kabineti əmək haqlarının rəsmiləşdirilməsi və real əmək haqlarının vergiyə və sosial ödəmələrə cəlb edilməsi məqsədi ilə ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində minimum əmək haqlarının tətbiq olunması ilə bağlı təkliflərə baxır.
F.Məmmədovun sözlərinə görə, bu təkliflər Dövlət Sosial Müdafiə Fondundan Prezident Administrasiyasına daxil olub və müzakirə edilmək üçün Nazirlər Kabinetinə göndərilib. Nazir bildirib ki, hazırda bu təkliflər hökumət səviyyəsində baxılmaq mərhələsindədir.
0 Komment
Şərh yazın