Əmək, yaşa və əlilə görə təyin edilən pensiyalar
"ASAN XİDMƏT"in təqdimatında tələb olunan sənədlər haqqında məlumat
Əmək pensiyalarının təyin edilməsi üçün tələb olunan sənədlər:
Yaşa görə:
Ərizə (Reqlamentə 1 nömrəli Əlavə);
Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi);
Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər.
Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər də əlavə olunur:
uşaqların doğulması (o cümlədən sağlamlıq imkanları məhdud uşağın) və onların 8 yaşadək tərbiyə olunmaları haqqında arayış;
Atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsinə dair arayış;
Ərizəçinin vəfat etmiş ananın uşağını təzə ailədə 8 yaşına çatanadək faktiki tərbiyə etməsini təsdiq edən sənəd;
Ərizəçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər.
Qeyd: Bütün təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.
Əlilliyə görə pensiyaların təyin ediməsi:
Ərizə (Reqlamentə 1 nömrəli Əlavə);
Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi);
Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər;
Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış;
Müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı;
Əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış.
Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər də təqdim olunur:
Ərizəçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər.Qeyd: Bütün təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.
Qeyd: Bütün təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.
Ailə başçısını itirməyi gorə pensiyaların təyin edilməsi:
Ərizə (Reqlamentə 1 nömrəli Əlavə);
Pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi);
Ailə üzvlərinin vəfat etmiş ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd;
Ailə başçısının ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın şəhadətnaməsi və ya onun itkin düşməsini təsdiq edən sənəd;
Ailə başçısının yaşı barədə sənəd (əgər ölüm şəhadətnaməsində yaş göstərilməmişdirsə);
Vəfat etmiş (həlak olmuş) ailə başçısının ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd.
Bundan başqa zəruri hallarda aşağıdakı sənədlər də əlavə olunur:
Yaşı 18-dən 23-ə qədər olan ailə üzvlərinin təhsil müəssisələrinin əyani şöbəsində oxuduqlarını təsdiq edən sənəd;
Vəfat edənin 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına və ya nəvələrinə qulluq edən ata (ana), ər (arvad), baba, nənə, qardaş və bacının işləmədiyi barədə yaşayış yerindən arayış;
Müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ailələrinə pensiya təyin edilməsi üçün verilən ərizəyə hərbi hissədən və ya rayon (şəhər) hərbi komissarlığından, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq idarə və müəssisəsindən hərbi qulluqçunun ölüm faktını, eləcə də ölüm tarixi və səbəbini təsdiq edən və ya hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd;
Ailə başçısı hərbi qulluqdan buraxıldıqdan 3 ay keçəndən sonra vəfat etmişdirsə və onun ölümü hərbi qulluq dövründə alınmış yaralanma, kontuziya və ya xəstəlik nəticəsində baş vermişdirsə, bu barədə tibbi-sosial ekspert komissiyasının rəyi;
Ərizəçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər.
Qeyd: Bütün təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.
Yaşa görə pensiya təyin edilməsi zamanı nəzərə alınan hallar:
Güzəştli pensiyaların təyin olunması:
Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqlə).
Əmək kitabçası (işləyirsə təqdimat, işləmirsə əmək kitabçasının notarial təsdiqlə surəti)
Sığorta şəhadətnaməsinin surəti
Hərbi biletin surəti (notarial təsdiqlə)
Güzəştli iş stajı barədə arayış
Ərizə
5 və daha cox uşağı olan qadınlarda yaşa görə:
Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqlə).
Əmək kitabçası (işləyirsə təqdimat, işləmirsə əmək kitabçasının notarial təsdiqlə surəti)
Sığorta şəhadətnaməsinin surəti
Nikah haqqında şəhadətnamənin surəti (notarial təsdiqlə)
Doğum haqqında şəhadətnamələrin surətləri (notarial təsdiqlə)
Yaşayış yerindən arayış (uşaqları doğub və səkkiz yaşadək tərbiyyə edib qeyd olunsun)
Ərizə.
Qeyd: 5 uşaqla 5 il tez pensiyaya çıxa bilər hər uşağa bir il güzəşt olunur ən azı 10 il staj tələb olunur.
Sağlamlıq imkanları məhdud uşağı olan ana:
Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqlə).
Əmək kitabçası (işləyirsə təqdimat, işləmirsə əmək kitabçasının notarial təsdiqlə surəti)
Nikah haqqında şəhadətnamənin surəti (notarial təsdiqlə)
Doğum haqqında şəhadətnamənin surəti (notarial təsdiqlə)
Yaşayış yerindən arayış (uşağı doğub və səkkiz yaşadək tərbiyyə edib qeyd olunsun).
Əhalinin Sosial Müdafiə Mərkəzindən pensiya alması barədə arayış.
Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi təsdiq edən müayinə aktından cıxarış ilkin və sonuncu çıxarış.
Sığorta şəhadətnaməsinin surəti.
Ərizə
Qeyd: əlilliyi uşaqliqdandirsa güzəştlə 5 il tez çıxa bilər ən azı 10 il stajı olmalıdır
Dövlət qulluguna görə əmək pensiyasına əlavələr:
Şəxsiyyət vəsiqəsinin surəti (notarial təsdiqlə)
Əmək kitabçası (işləyirsə təqdimat, işləmirsə əmək kitabçasının notarial təsdiqlə surəti)
Sığorta şəhadətnaməsinin surəti
Hərbi biletin surəti (notarial təsdiqlə)
Qadındırsa nikah haqqında şəhadətnamənin notarial təsdiqlə surəti.( soyadında dəyişiklik oldugu üçün)
Yaşayış yerindən arayış.
Ərizə
İstənilən dövr üçün 5 illik və ya sonuncu 2 ilin əmək haqqı arayışı
Dövlət rüsumu alınmır.
Ümumi qeyd: Qaçqın və məcburi köçkünlər üçün müvəqqəti qeydiyyatda olmaları barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən arayış tələb olunur.
0 Komment
Şərh yazın