Yeni dəyişiklik! Əmək Məcəlləsinin hansı maddəsinə ciddi dəyişiklik edildi?
Prezident 05 fevral 2013-cü il tarixdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu imzalayıb. Həmin Qanuna əsasən, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsində “bir il” sözləri “iki il” sözləri ilə əvəz edilib.
Oxucular üçün daha aydın olmaq üçün belə izah edək ki, dəyişikliyə qədər Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən BİR İL keçdikdən sonra intizam tənbehi verilə bilməz. Amma artıq bu muddət 2 ilə qədər uzaldıldı. Qeyd edək ki, Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
0 Komment
Şərh yazın