Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlər və rüsumlar
"ASAN Xidmət"in təqdimatında bu barədə bilmədiklərimiz qalmayacaq...
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Zəruri olan sənədlərin və onları verən orqanların siyahısı:
Vətəndaşların şəxsiyyət vəsiqəsinin verilməsi
Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir:
• Ərizə-anket ;
• Doğum haqqında şəhadətnamə (notarial qaydada təsdiq olunmuş surəti ilə birlikdə);
• Qan qrupu haqqında tibbi arayış;
• Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icazə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
• Valideynlərin hər ikisinin və ya qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.
16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
• Ərizə-anket (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır) ;
• Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə (notarial qaydada təsdiq olunmuş surəti ilə birlikdə);
• Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;
• Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icazə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
• Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
• 3 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3x4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil);
• Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
• Şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi;
• Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş təhkim olunma haqqında şəhadətnamə.
Vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi
Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin sənədləri. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
Azərbaycan Respublikası vətəndaşlarının 25, 35, 50 yaşına çatdıqda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:
• Ərizə-anket (elektron variantını yüklə);
• Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
• Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
• Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil;
• Ailə vəziyyəti dəyişdikdə - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).
1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün zəruri olan sənədlər:
• Ərizə-anket;
• Şəxsiyyət vəsiqəsinin ksero-surəti (əsli təqdim edilməklə);
• Dövlət rüsumunun ödənilməsi barədə qəbz (6 manat);
• Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s) yalnız öndən görünüşü təsvir edilmiş 3x4 ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil;
• Ailə vəziyyəti dəyişdikdə - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər (nikahın bağlanması və ya pozulması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə).
Dövlət rüsumunun məbləği:
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 10 manat
on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 1 manat
Qeyd:
Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.
Şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itirildikdə səxsiyyət vəsiqəsinin dəyişdirilməsi müvafiq rayon polis idarələri tərəfindən həyata keçirilir.
10 Komment
Akif Şirinov 11 Avqust 2022
Salam. Mənim həyat yoldaşım 13.12.2020-ci ildə vəfat edib. Xahiş edirəm, məlumat verəsiniz - mənim şəxsiyyət vəsiqəm dəyidirilməlidirmi?. Və bunun üçün rüsum nə qədərdir? Təşəkkür.
Elekberova derya 01 Sentyabr 2022
Salam,men elekberova derya 1968 dogumluyam, Azerbaijan qubadli rayonu xanlik kendinde dogulmusam 1997ci ilde ereb vetendasi ile aile qurmusam, 2006 ci ilde aile veziyetine göre ereb passport U almisam, Hal hazırda menim Azerbaycan doğum haqda şehadenamem var, tehsil aldığım mektebden ,ve menim Azerbaycan doğum li olduğum haqda meni tesdiq eden bütün senedlerim var, men Azerbaycan sexsiyyet vesiqemi almaq isteyirem, Hara muraciet edim? Rusum ne qederdir?
Abbas 06 Oktyabr 2022
Salam.herbi xitmedi bitirdikden sonra şexsiyyet vesiqesini deyişdirmek üçün lazim olan senedler
Leman 09 Oktyabr 2022
Salam Sexsiyyet vesiqesin deyisdirerken.sexsin ozu olmagi vacibdirmi
Aynur 05 Fevral 2023
18 yaşım var 1 ildi şexsiyyet vesiqemin vaxtı bitib şekilsizdi Ne qeder cerime olunacaq valdeyinsiz gelib deyişe bilerem?
Elay 13 Fevral 2023
Salam Adim Zehra May ayinin 31 i 35 yaşim tamam olacaq Şexsiyet vesiqemin vaxtinin bitmesine üç ay vaxt qalib Sizce indiden onun üstüne düşmeliyem? Birde men Sabirabad rayonunda qeydiyatdayam özüm Baki şeherinde yaşayiram Şexsiyet vesiqemi yenilemekçün rayona getmeliyem? Yoxsa Bakidada elde ede bilerem? Çünki heç yerde işlemirem Şeherdede qeydiyatda deyilem Rayondada evimiz vaxtiyla satilib ora prapiska idik o ev satilandan sonra sizce Men yene rayon qeydiyatinda sayiliram? Bunlari ona göre yazdim ki senedimi yenilemeyin asand yolunu deyerdiz 35 yaşimin tamami olsun yenileyim? Yoxsa indiden münkündür? Ödenişlidir? Almaq müddeti ne qederdir Hardan almaliyam Zehmet olmasa bunlari cavablandirardiz
Turqut 15 Fevral 2023
Salam
zahid 26 Fevral 2023
salam menim 49 yasim var hec sexsiyet vesqesi almamisam almaq ucun mene hansi senedler lazimdir xais edirem mene melumat veresiniz
Xeyale 15 Mart 2023
Salam menim heyat yoldawimin vesiqesinin vaxti bitib 2021de deyiwdirilesi ucun dovlet rusumu ne qederdi
Mahir 11 May 2023
Menim 50 yaşım tamam olub.Mənim vəsiqəmi dəyişmirlər,deyirlər səndə Russiya vətəndaşlığı çıxır.Mənsə 2005-də Russiya pasportunu təhvil verb,Azərbaycan vətəndaşlığını qəbul etmişəm.Mən indi nəyi və nə qədər gğzləməliyəm.
Şərh yazın