Nəzirlərin rəsmiləşdirilməsi ilə bağlı Qanunvericiliyə təklif
Azərbaycanda böyük məbləğli nəzirlər, ianələr və qrantların rəsmiləşdirilməsi məcburi olacaq.
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Trend-ə bildirib ki, fevralın 6-da komitənin iclasında bununla bağlı "Dini etiqad azadlığı haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında" qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunacaq.
Deputat bildirib ki, qanunvericiliyə təklif olunan dəyişikliyə görə, ianə və qrantın hesabatını verməyən hüquqi və vəzifəli şəxslər cərimələnə bilərlər.
Qənizadənin təkliflərinə görə, QHT-lər, fondlar, ictimai təşkilatlar Maliyyə Nazirliyinə hesabat verməlidir, hesabat verməyənlər isə inzibati məsuliyyətə cəlb olunmalıdır.
Qanunlara dəyişikliklər dini qurumlara, fondlara edilən yardımların şəffaflığının təmin olunması, həmin yardımların mənbəyinin göstərilməsinə yönələcək.
"Dini etiqad azadlığı haqqında" qanuna təklif olunan dəyişiklik nəzir qutularına da şamil edilə bilər. Belə ki, nəzir böyük miqdarda olarsa, rəsmiləşməsi vacib olacaq. Belə ki, dövlət qeydiyyatından keçmiş dini quruma edilən böyük məbləğdə yardım rəsmi qəbzlə mədaxil olunmalı və sonra həmin məbləğin hara yönəldildiyi maliyyə hesabatında göstərilməlidir.
0 Komment
Şərh yazın