"ASAN XİDMƏT"in təqdimatında - Xarici pasportların alınması və dəyişdirilməsi barədə bütün MƏLUMAT

"ASAN XİDMƏT"in təqdimatında - Xarici pasportların alınması və dəyişdirilməsi barədə bütün MƏLUMAT

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün hansı sənədlər və nə qədər rüsumlar tələb olunur?

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Zəruri olan sənədlərin siyahısı:

Ərizə-Anket (elektron variantını ASAN xidmətin saytından yükləmək olar)
Şəxsiyyət vəsiqəsi (ksero-surəti ilə birlikdə)
Dövlət rüsumunun ödənilməsi barədə qəbz
2 ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil
ərizəyə təcili baxılmasını şərtləndirən hallar (əgər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi yaxut xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü və ya digər müstəsna hallar ilə bağlıdırsa) olduqda isə həmin halları təsdiqləyən sənədlər
18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə).

Qeyd:  18 yaşına çatmamış uşaqların fotoşəkilinin ümumvətəndaş pasportuna əlavə edilməsi üçün vətəndaşlar 2 ədəd 3x4 sm. ölçüdə rəngli (parıldamayan) fotoşəkili, doğum haqqında şəhadətnamənin, 16 yaşından yuxarı şəxsiyyət vəsiqəsinin surətini (əsli ilə birlikdə) təqdim etməlidirlər. Yaxın və ya digər qohumun uşağının şəkilini pasporta qeyd etmək üçün uşağın hər iki valideyninin notarius qaydasında təsdiq olunmuş razılıq ərizəsi BPQMİ rəhbərliyinin adına təqdim edilməlidir.

Ümumvətəndaş pasportu almaq üçün yaş həddini keçmiş, ailə vəziyyətini dəyişmiş (subay və ya evli) və digər səbəblərdən etibarsız olan şəxsiyyət vəsiqələri təqdim edən vətəndaşlardan sənədlər qəbul edilmir.

Ümumvətəndaş pasportunun dəyişdirilməsi

Vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə və ya pasportdakı yazılarda dəqiqsizlik müəyyən edildikdə, yaxud pasport yararsız hala düşdükdə vətəndaş pasportu dəyişdirməlidir.

Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir.

Zəruri olan sənədlərin siyahısı:

ərizə (elektron variantını yüklə) ;
dövlət rüsumunun ödənilməsi barədə qəbz;
2 ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil;
ərizəyə təcili baxılmasını şərtləndirən hallar (əgər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi yaxut xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü və ya digər müstəsna hallar ilə bağlıdırsa) olduqda isə həmin halları təsdiqləyən sənədlər
18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə).

Xidmətin göstərilməsi müddəti

Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra bir ay müddətində, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda beş iş günü müddətində, müstəsna hallarda isə (Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallar) iki iş günü müddətində verilir.

Dövlət rüsumunun məbləği:

Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə

beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat
beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 120 manat

Qeyd:

Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport 18 yaşına çatmış, müstəsna hallarda isə təhsil almağa, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşına verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Bunun üçün əlavə olaraq aşağıdakı sənədlər də tələb olunur:

18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı.
müstəsna halları (təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə getmək) təsdiq edən sənədlər.
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 30 manat miqdarında cərimə edilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində göstərilən hallarda cərimənin ödənilməsi barədə yerli polis idarələrindən alınmış arayış təqdim edilməlidir.

 

10 Komment

  1. Şahin 19 May 2020

    Salam. Mənim xarici pasportumun vaxtı bitib. Rüsum nə qədərdi?

  2. Fuad 15 Mart 2021

    Salam!mən təzəpasportumu alanda köhnə pasportu saxlaya bilərəm cünki köhnə pasportun nömrəsi rezident vəsiqəmə yazilib cavaba görə minatdaram.

  3. Əliyev Niyameddin 08 Avqust 2021

    Salam mənim pasportunun vaxtı 3 dekabr 2021 də bitir. Vaxtı bitmədən yenisini almaq üçün nə etmək lazımdır və hansı müddətə almaq mümkündür.? Əvvəlcədən təşəkkür edirəm.

  4. Oqtay 18 Oktyabr 2021

    Nərimanov AX də xarici pasport vaxtının uzadılması saat neşəyə qədər?

  5. Emil 08 Aprel 2022

    Salam men Rusiyada yasiyiram. pasportumu deyisdirmeliyem.vaxti bitir.men naxcivanda qeydiyyatdayam.xarici pasportumu ordan almisam.bakida deyise bileremmi?

  6. Alma 01 Oktyabr 2022

    Heyat seviyyesinin awagi oldugu bir dovurde,senedlerin vaxtinin uzadilmasi ile bagli,rusumlarin durmadan artirilmasi ne qeder duzgundur?

  7. Ali 10 Yanvar 2023

    Salam ,men xaricde yasayiram,pasportumun vaxti iyul 2023 de bitir ,ne vaxt deyise bilerem,bide oldugun seherde konsulliqdan deyise bikiremmi?

  8. Perviz 29 Yanvar 2023

    Salam xarici pasportun vaxti bitdiyinde.Xaricde oldugum zaman Azerbaycan sefirliyimizden yeni pasport ala bilerem?

  9. Sebuhi 25 Fevral 2023

    Salam mənim xarici pasportumun vaxdi bitib dəyişdirilməsinin. Rüsumu ne qədər di?

  10. Xəyal 20 Aprel 2023

    Men xarci pasport gödrmey istyrem üç 3 gunuy

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər