Yeni Dəyişiklik! Prezident hansı maddəni Vergi Məcəlləsindən çıxartdı?
Prezident Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu imzalayıb. Qanuna əsasən, Vergi Məcəlləsini Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara 188.1.3-cü maddədə “təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə,” sözləri “ Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilib və 188.1.4-cü maddə ləğv edilsin.
Qeyd edək ki, dəyişikliyə qədər Vergi Məcəlləsinin 188.1.4-cü madddəsi aşağıdakı şəkildə idi.
Maddə 188. Azadolmalar
188.1. Aşağıdakılar aksizdən azad edilir:
188.1.1. fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin və 600 ədəd siqaretin idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;
188.1.2. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar;
188.1.3. təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı;
188.1.4. təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən mallar.
0 Komment
Şərh yazın