Təhsil xidmətlərinin ƏDV-də azad edilməsi necə tənzimlənəcək?
Yeni dəyişikliyinin tətbiqinə misalla izah
Sual: "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" 21 dekabr 2012-ci il tarixli 509-IV QD saylı Azərbaycan Respublikasının Qanununa əsasən 01 yanvar 2013-cü il tarixdən təhsil müəssisələrinin göstərdikləri ödənişli təhsil xidmətləri ƏDV-dən azad edilmişdir. Bununla əlaqədar aşağıdakı suallara aydınlıq gətirməyinizi Sizdən xahiş edirəm:
1. Təhsil xidmətlərinin ƏDV-də azad edilməsi yalnız təhsil müəssisələrinə aiddir, yoxsa həm də təhsil haqqını ödəyən tələbələrə də?
2. Əgər 2013-cü ilin yanvarın 1-nə kimi ümumi təhsil haqqının (2800 manatın ƏDV-dən azad olunanadək olan təhsil haqqı) yarısı, yəni 1400 manatı ödənilibsə, onda yerdə qalan təhsil haqqı nə qədər təşkil edəcəkdir?
Sadiq Quliyev
Cavab:
Bildiririk ki, “Vergi Məcəlləsinə dəyişikliklər haqda” 21.12.2012-ci il tarixli 509-IVQD saylı Qanunun 99-cu bəndinə əsasən Vergi Məcəlləsinin 164.1.13-cü maddəsində “məktəbəqədər” sözü çıxarılaraq ödənişli təhsil xidmətlərinin göstərilməsi 01.01.2013-cü ildən etibarən ƏDV-dən azad edilmişdir.
Sözügedən azadolma ƏDV ödəyicisi kimi qeydiyyatda olan təhsil ocaqlarına və yalnız 01.01.2013-cü ildən sonrakı müddətdən başlayaraq tələbələrin onlara təqdim olunan təhsil xidmətlərinin ödənilməsinə şamil olunur.
Təhsil haqqı 01.01.2013-cü ildən etibarən göstərilən təhsil xidmətlərinə görə ödənildikdə, həmin məbləğə daxil olan 18 % ƏDV nəzərə alınmır.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı
0 Komment
Şərh yazın