Sürücülük vəsiqəsi olan üçün VACİB MƏLUMAT
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Zəruri olan sənədlərin və onları verən orqanların siyahısı:
Nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün ərizə forması (elektron variantını ASAN xidmətin saytından yükləmək olar)
Sürücülük vəsiqəsi;
Şəxsiyyət vəsiqəsi;
Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə yararlılığı barədə tibbi arayış
Dövlət rüsumunun (haqqın) məbləği:
Sürücülük vəsiqəsinin dəyişdirilməsi - 18 manat;
Sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və itirilməsinə görə - 40 manat cərimə;
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar:
Onun etibarlıq müddətinin qurtarması;
Sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
Onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
Onun yararsız hala düşməsi;
Onun itirilməsi;
Yeni nümunəsinin Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, bu maddənin altıncı hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.
0 Komment
Şərh yazın