Təsisçi olmaqla bağlı yaş məhdudiyyəti var?

Təsisçi olmaqla bağlı yaş məhdudiyyəti var?

Sual: Bilmək istərdim ki, neçə yaşdan sonra vətəndaşın müəssisə təsisçisi olmaq hüququ vardır?

Tağıyev Famil 

Cavab: Bildiririk ki, Mülkü Məcəllənin 47-ci maddəsinə əsasən  hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.

Mülkü Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyəti barədə qeyd olunmuşdur. Belə ki, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Bununla belə Mülkü Məcəllənin 28.4-cü maddəsinə əsasən on altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır.

Mülkü Məcəllənin 30.2.4-cü maddəsində isə on altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayanların kooperativ üzvü olmaq ixtiyarı olduğu da qeyd olunmuşdur.

Əlavə olaraq onu da nəzərinizə çatdırırıq ki, müəssisəni kimin təsis edə biləcəyinə və təsisçilərin sayına Azərbaycan Respublikası Mülki məcəlləsinin 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmamışdır ki, cəmiyyətin də bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər, bir şərtlə ki fiziki şəxs tam fəaliyyət qabiliyyətli sayılan şəxs olsun.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər