Nazirlər Kabineti Vergilər Nazirliyinin struktur bölmələrinin adlarını dəyişdi
Vergi orqanlarına məktub yazanda, bu məsələyə DİQQƏT...
Azərbaycan Nazirlər Kabineti Vergilər Nazirliyinin struktur bölmələrinin adlar siyahısında dəyişiklik edib.
“APA-Economics”in xəbərinə görə, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə rəsmi sənədlərdə "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda "Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında, tabeliyində olan İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament, Bakı Şəhər Vergilər Departamenti, Ərazi Vergilər İdarəsi" sözləri "Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında, tabeliyində olan Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Bakı Şəhəri Vergilər Departamenti, Ərazi vergilər idarələri Rayon vergilər şöbələri" sözləri ilə əvəz edilir.
Bundan əlavə, Azərbaycan Nazirlər Kabinetinin digər qərarı ilə "İnzibati orqanların Təsnifatı"nın II bölməsinin 15-ci hissəsi aşağıdakı redaksiyada verilir:
15. Azərbaycan Respublikasının Vergilər Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi
15.1. Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti
15.2. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti
15.3. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti
15.4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin:
15.4.1. Bakı Şəhəri Vergilər Departamenti
15.4.2. ərazi vergilər idarələri
15.4.3. rayon vergilər şöbələri
15.5. Naxçıvan şəhər vergilər idarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri
Əlavə olaraq Nazirlər Kabineti "Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nı təsdiq edib. Siyahıda yalnız Vergilər Nazirliyinin Tədris Mərkəzi yer alıb.
0 Komment
Şərh yazın