Hamiləliiyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanan müavinətin gəlir vergisi

Hamiləliiyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanan müavinətin gəlir vergisi

Vergilər Nazirliyi hansının hesablanıb-hesablanmamasına aydınlıq gətirir.

Sual: Salam. Bilmək istərdim ki, hamiləlik və doğuşa görə DSMF tərəfindən verilən 126 günlük müavinətdən 14% gəlir vergisi tutulur? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Xəyalə Quliyeva Ramiz qızı

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək 

 itam verildikdə, işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Prezidenti) qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli  250-IQ nömrəli Qanunun müddəalarına əsasən hamiləliyə və doğuma görə Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilən müavinət dövlət müavinəti olmaqla Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisinə cəlb olunmur.

Bunlarla əlaqədar olaraq hamiləliyə və doğuma görə Sizə hesablanmış analıq məzuniyyəti haqqının Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilən hissəsi dövlət müavinəti olmaqla Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azaddır, şirkətin vəsaiti hesabına ödənilən hissəsi və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər isə Vergi Məcəlləsi ilə  müəyyən edilmiş qaydada gəlir vergisinə cəlb olunur.

Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı - www.taxes.gov.az

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər