Natiq Əmirovdan vergi partnyorluq sazişi ilə bağlı maraqlı yanaşma
Azərbaycanda vergi yoxlamaları ləğv oluna bilər.Bu barədə Vergi məcəlləsinə edilmiş dəyişikliklərdə partnyorluq haqqında sazişdə nəzərdə tutulub.
Gün.Az-ın verdiyi xəbərə görə, vergilər nazirinin müavini Natiq Əmirov bildirib ki, hazırda dünya ölkələrində partnyorluq haqqında saziş geniş tətbiq olunur.
Bu sazişə görə, vergi ödəyiciləri ilə vergi orqanları arasında müəyyən öhdəliklər barədə müqavilə imzalanır.
“Məsələn vergi ödəyicisi vaxtlı-vaxtında kassa aparatına çek vurması, vergi bəyannaməsini təqdim etməsi barədə öhdəlik imzalayır, vergi orqanları da həmin vergi ödəyicisində hər hansı nöqsan aşakarlamayana qədər yoxlama aparmır”.
Onun sözlərinə görə, bu saziş könüllü şəkildə tətbiq olunur.
0 Komment
Şərh yazın