Vergilər Nazirliyi 2012-ci ildə neçə işçisinə "Əlvida" deyib?
Bu gün Vergilər Nazirliyində 2012-ci ilin yekunları və 2013-cü ildə görüləcək işlərə, eləcə də Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərə həsr olunan mətbuat konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransda 2012-ci ildə Vergilər Nazirliyinin fəaliyyətinin yekunları ilə bağlı ətraflı məlumat verilib. Vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, 2012-ci il ərzində vergi orqanları öz daxilində vergi ödəyicilərinə göstərdiyi xidmətlərin səviyyəsini artırmaqla yanaşı, bu xidmətləri göstərən vergi əməkdaşlarına qarşı tələbkarlıq siyasətini davam etdirib: “Bu il ərzində 547 nəfər vergi işçisi vergi orqanlarının araşdırdığı tədbirlər nəticəsində inzibati qaydada cəzalandırılıb, bütövlükdə 68 nəfər vergi işçisinin işinə xidmətinə son verilib. Onlarda 15-i intizam qaydasında cəzalandırılaraq vergi orqanlarından xaric edilib. 58 nəfər test üsulu ilə vergi organlarında işə qəbul olunub. 625 nəfər isə xidmətdə fərqləndiyi üçün həvəsləndirici tədbirlər həyata keçirilib”.
0 Komment
Şərh yazın