Vergilər Nazirliyi kitabsevərlərə ümid verdi?
Natiq Əmirov: "Mən həmişə söyləmişəm ki, biz bunu müzakirə etməyə hazırıq”
“Kitab satışını, nəşrini təşviq etmək üçün vergi məcəlləsində hər hansı bir dəyişiklik etmək zərurəti varsa, biz bunu müzakirə etməyə hazırıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov kitabların idxalı ilə bağlı qoyulan əlavə dəyər vergisinin ləğv olunub-olunmayacağı ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Nazir müavini bildirib ki, onlara indiyə qədər kitabların ƏDV-dən azad edilməsi ilə bağlı heç bir təklif daxil olmayıb: “Gələcəkdə Milli Məclisdə kitabların, xüsusilə də elmi ədəbiyyatların Azərbaycana gətirilməsində, satışında, nəşrində ƏDV-dən azad olunması məsələsi müzakirə olunarsa mən həmişə söyləmişəm ki, biz bu müzakirəyə açığıq”.
0 Komment
Şərh yazın