Məşhur Holdinq bank rəhbərliyindən gedir
Azərbaycanın ən böyük holdinqlərindən olan "ZQAN Holding" "Bank of Azerbaijan"ın səhmdar kapitalında öz payının satışını başa çatdırır. Bu barədə çərşənbə axşamı Trend-ə holdinqin İdarə Heyətinin sədri Vaqif Həsənov bildirib.
"Demək olar ki, "Bank of Azerbaijan" artıq "ZQAN Holding"in tərkibində deyil. Biz payı tərəfdaşımıza - digər səhmdara satmışıq. Bu, bir neçə fiziki şəxsin daxil olduğu strukturdur. Yeni səhmdarlar yoxdur. Sövdələşmə ötən ilin ortalarında başlayıb və cari ayın sonlarınadək tam yekunlaşacaq. Təkcə rəsmi məsələləri həll etmək qalır. Yeni sahib artıq bankı tam idarə edir. Biz inkişaf etmək və sektorların birində birinci olmaq istəyirik. Hazırda holdinq ərzaq sektorunu prioritet hesab edir", - Həsənov vurğulayıb.
Onun sözlərinə görə, hazırkı mərhələdə holdinq bir neçə bankdan tərəfdaşlıq haqqında təklifi nəzərdən keçirir.
"Digər banklar kimi, "Bank of Azerbaijan" da bu prosesdə iştirak edə bilər. Bu, risklərimizin şaxələndirilməsi üçün edilir. Tərəfdaş bank holdinq üçün zəruri olan bütün bank əməliyyatlarını həyata keçirəcək. Bura əməkhaqqı kartlarından tutmuş, kredit və zəruri tranzaksiyalarla təmin etmək daxildir", - Həsənov deyib.
0 Komment
Şərh yazın