Apelyasiya Şurası “Makros supermarketi”nin ...... 87 880.56 manat əlavə vergi borcunu sildi
Şuranın iclasında vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan “Müasir Ticarət Texnologiyaları” MMC-nin (VÖEN 1302261581) direktoru Cavadov Fuad Adil oğlunun kameral qaydada hesablanmış 87 880,56 manat əlavə vergi məbləğlərinin ləğv edilməsi barədə təkrar şikayətinə də baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisə 03.08.2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış və əsas fəaliyyət növü Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 116 ünvanında yerləşən “Makros supermarketi”ndə ərzaq məhsullarının pərakəndə satışından ibarət olmuşdur.
Müəssisədə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair akt tərtib edilmiş, lakin aktın nəticəsi üzrə yekun qərar çıxarılmamışdır. Müəssisə tərəfindən mübahisələndirilən kameral yoxlamalar 2012-ci ilin iyun, iyul, avqust aylarını əhatə etdiyi üçün səyyar vergi yoxlaması ilə həmin dövrlər əhatə oluna bilinməmişdir. Odur ki, müəssisənin vergi öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi məqsədilə, müəssisədə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinə zərurət yarandığını nəzərə alaraq, Vergi Apelyasiya Şurası təkrar şikayətin təmin olunması və “Kameral qaydada vergilərin hesablanmasına dair bildirişlər”in ləğv edilməsi barədə qərar çıxarmışdır.
0 Komment
Şərh yazın