Vergi ödəyicisi nəzarət kassa aparatının çekinin vurulmamasına görə cəriməni necə ləğv etdirdi?

Vergi ödəyicisi nəzarət kassa aparatının çekinin vurulmamasına görə cəriməni necə ləğv etdirdi?

Fiziki şəxs İbrahimov Malik Abəydulla oğlu 800 manatlıq maliyyə sanksiyası ilə bağlı iddia qaldırdı

Vergi Apelyasiya Şurası vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs İbrahimov Malik Abəydulla oğlu (VÖEN 1900058002) tərəfindən ünvanlanmış operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə təkrar şikayətlərə baxmışdır.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən və özünə məxsus olan obyektdə kitab, məktəb və ofis ləvazimatlarının satışı ilə məşğul olan M.İbrahimov müraciətində operativ vergi nəzarəti zamanı vergi orqanı əməkdaşları tərəfindən nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərarın onlara təqdim edilmədiyini, alınmış mala görə ödənilmiş vəsaitin onun satıcısı tərəfindən nəzarət-kassa aparatına (NKA) mədaxil olunduğunu, ona qarşı tətbiq olunmuş 800 manat maliyyə sanksiyası ilə razılaşmadığını bildirmiş və həmin məbləğin ləğv olunmasını xahiş etmişdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır və vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirli olması ilə bağlı aradan qaldırılmaz şübhələr olduqda, onlar ödəyicinin xeyrinə şərh edilir.

Qeyd olunanlar nəzərə alınaraq və Vergi Apelyasiya Şurası tərəfindən toplanmış əlavə sübutlar əsas götürülməklə təkrar şikayətin təmin edilməsi, o cümlədən “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi haqqında qərar çıxarmışdır.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər