Sürücülərə BƏD XƏBƏR! VERGİ MƏCƏLLƏSİNDƏ YOL VERGİSİ NECƏ ARTIRILDI

Sürücülərə BƏD XƏBƏR! VERGİ MƏCƏLLƏSİNDƏ YOL VERGİSİ NECƏ ARTIRILDI

AVTOMOBİLLƏRİ TEXNİKİ BAXIŞDAN KEÇİRƏRKƏN DAHA ÇOX YOL VERGİSİ ÖDƏYƏCİYİK...

Məcəlləyə edilən dəyişikliyə əsasən, avtonəqliyyat vasitələri üçün yol vergisinin dərəcələri də dəyişdirilib. Misal üçün, əvvəllər minik avtomobillərinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda hər kub santimetrə görə 0,01 manat yol vergisi tutulurdusa, indi konkret sabit məbləğ - 20 manat vergi tutulacaq.

Bundan əlavə, dəyişikliyə qədər minik avtomobillərinin mühərrikinin həcmi 2000 kub santimetrdən çox olduqda 2000 kub santimetrdən çox olan hissəsi üçün hər kub santimetrə görə 0,02 manat hesablanırdısa, artiq dəyişiklikdən sonra fərqli hesablama aparılır. Beləki, mühərrikinhəcmi2000 -3000 kub, 3000-4000, 4000-5000 və 5000 kubsantimetrdən çox olmaqla hər küb santimetri üçün fərqli məbləğlər müəyyyənləşdirilib. Bundan əlavə, dəyişikliyə qədər minik avtomobilləri, avtobus və digər avtomobil nəqliyyatı vasitələri üçün yol vergisinin hesablanması fərqləndirilirdisə, indi artıq yol vergisi üçün qeyd edilənlər ümumiləşdirilib.  

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər