XRONOMETRAJ METODU İLƏ BAĞLI CİDDİ DƏYİŞİKLİK
Vergi Məcəlləsinə edilən dəyişikliklər Şərh olunur....
Vergi məcəlləsinə yeni, 50-1 saylı “Xronometraj metodu ilə müşahidə aparılması” adlı maddə əlavə olunub. Əlavə edilən maddədə xronometraj metodu ilə müşahidə aparılmasının halları və müddətləri bütün incəlikləri ilə göstərilib. Əlavəyə əsasən, xronometraj metodu aşağıdakı hallarda aparıla bilər:
1. Vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi gostəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda;
2. Əhali ilə pul hesablaşmaların aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda;
3. Məcəlləyə uyğun olaraq, vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli surdukdə.
Vergi ödəyicinin yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbinə gəlincə isə, vergi ödəyicisi sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra bunu istənilən vaxt tələb edə bilər. Xronometraj metodunun müddətinə gəlincə isə, bu, 15 iş günündən çox olmayan müddətdə aparılmalıdır.
0 Komment
Şərh yazın