Dəyişiklikdən sonra vergi orqanları hansı "dondurulma" əməliyyatı apara biləcək?
Məcəlləyə edilən əlavə nəticəsində vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin hesablarda dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsinə aid edilib.
Oxucular “dondurulma” ilə “sərəncam”ı qarışdırmasınlar. Beləki, sərəncam qoyulan zaman ödəyicinin bank hesabında vəsait varsa, hökmən bank onu silməlidir. Amma dondurulma zamanı ödəyicinin bank hesabında olan vəsait silinmir, sadə formada desək, seyfə qoyulan pul vəsaiti kimi, ödəyicinin bank hesabında saxlanılır və heç bir yerə xərclənmir.
0 Komment
Şərh yazın