Sosial ipoteka ilə hansı ciddi dəyişikliklər ediləcək?
Azərbaycan Milli Məclisi yaz sessiyasında sosial ipoteka ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə məlumatı APA-ya Milli Məclisdən veriblər.
Qanun layihəsində sosial ipotekaya təklif olunan əlavə və dəyişikliklər öz əksini tapacaq. Təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi öz əksini tapır. Həmçinin sosial ipoteka kreditinin maksimum məbləğinin indiki 35 mindən 50 min manata, hətta 60 min manata qədər artırılması təklif edilir. Eləcə də sosial ipoteka çərçivəsində illik faiz dərəcələrinin hazırkı 4%-dən aşağı salınmasının təkrar nəzərdən keçirilməsi mümkündür.
Sənədə görə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Belə ki, zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq ki, bu zaman o, bütün məbləği tam şəkildə özü ödəməli olacaq.
0 Komment
Şərh yazın