Kimlərin əmək haqqısından gəlir vergisində güzəşt məbləği 2 dəfə artırıldı?

Kimlərin əmək haqqısından gəlir vergisində güzəşt məbləği 2 dəfə artırıldı?

 

Əlillərlə bağlı də Vergi Məcəlləsinə dəyişiklik edilib. Belə ki, 102.3-cu maddədə “100” rəqəmi “200” rəqəmi ilə əvəz edilib.  Bu dəyişiklik nəticəsində I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirdən 100  yox 200 manat məbləğində güzəşt hüququ verildi.
Misal üçün, “X” firmasında işləyən I qrup əlilin 2012-ci ildə aldığı 300 manatlıq əmək haqqısından 28.00 ((300-100)x14%) ödəyirdisə, 2013-cü ildən bu məbləğ 14.00 ((300-200)x14%) manat təşkil edəcək. Göründüyü kimi, bizim misala uyğun olaraq 2013-cü ildə  I qrup əlilin əmək haqqısında 14,00 manat artım olacaq.
 
P.S.Hörmətli oxucular, Monitor Konsaltinq Servis" hər il olduğu kimi yanvar ayından etibarən  "Vergi Məcəlləsi -2013" kitabını hazırlayacaq xidmətinizə təqdim edəcək. Bu nəşrimizdə Vergi Məcəlləsi və normativ hüquqi sənədlərlərin çapı ilə yanaşı Məcəlləyə edilən SON əlavə və dəyişikliklərin şərhi də veriləcək. Bundan əlavə kitabın üzərində bonus olaraq veriləcək "CD"-də qanunvericilik sənədlərin elektron varianti və əmək haqqı kalkulyatoru yerləşdiriləcək. Qeyd edək ki, kitabı əldə etmək istəyənlər öz əlaqə nömrələrini [email protected]  email adressinə və ya 437-32-67 saylı telefonla bildirməyini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər