Nazirlər Kabineti gömrük rüsumları və vergilərdən azadolma ilə bağlı qərar imzaladı

Nazirlər Kabineti gömrük rüsumları və vergilərdən azadolma ilə bağlı qərar imzaladı

Azərbaycan Nazirlər Kabineti (NK) «Gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların nomenklaturası, çeşidi, miqdarı və onların gömrük rüsumlarından və vergilərdən azadolma Şərtləri»ni təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, şərtlər Gömrük Məcəlləsinə əsasən hazırlanıb.
 
Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar hesab olunan mallar onlara dair sənədlərin gömrük orqanlarına təqdim olunması və Şərtlərin tələblərinə riayət edilməsi şərti ilə gömrük rüsumlarından və vergilərdən azad olunurlar. Gömrük nəzarətinin həyata keçirilməsi məqsədi ilə nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar hesab olunan mallara dair sənədlər gömrük orqanlarına təqdim edilir. Sənədlər gömrük orqanlarına nəqliyyat vasitəsinin yola düşdüyü zaman təqdim edilməlidir. Gömrük nəzarətinin asanlaşdırılması və tezləşdirilməsi məqsədi ilə həmin sənədlər nəqliyyat vasitəsi yola düşməzdən əvvəl də təqdim oluna bilər.

Gömrük nəzarəti zamanı Şərtlərdə nəzərdə tutulan tələblərə riayət olunmaması barədə kifayət qədər əsaslar olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar hesab olunan malların nomenklaturasının, çeşidinin və miqdarının təqdim olunmuş sənədlərə uyğunluğunu yoxlayırlar. Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının vəzifəli şəxsi gömrük nəzarətini həyata keçirdikdən sonra onlara dair sənədləri imzası və möhürü ilə təsdiq edir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər