Prezidentin Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq etdiyi qanunda CİDDİ DƏYİŞİKLİK

Prezidentin Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq etdiyi qanunda CİDDİ DƏYİŞİKLİK

Aylıq gəliri 200 manatadək olduqda, minimum əmək haqqının əvəzinə yeni nəyi əlavə etdilər?

Fiziki şəxslərin gəlir vergisi ilə bağlı ciddi dəyişikliklərin biri də 102.1.6-ci maddəsinə edilib. Belə ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı müzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 200 manatadək olduqda, minimum əmək haqqının yox əmək qabiliyyətli əhali ucun ölkə uzrə yaşayış minimumunun 1 misli əsas götürüləcək.

Məlumat üçün bildirək ki, minimum əmək haqqı 93,50 qəpik olduğu halda, hal-hazırda əmək qabiliyyətli əhali ucun olkə uzrə yaşayış minimumu 125 manat təşkil edir.  Dəyişikliyi misalla izah edək: Heç bir güzəşt  hüququna malik olmayan işçisinin aylıq əmək haqqısı 180 manatdır. 2012-ci ildə işçinin aylıq əmək haqqısından gəlir vergisi 12.11 ((180-93.50)x14%) manat təşkil etdiyi halda 2013-cü ildə gəlir vergisinin məbləği 7.70 ((180-125)x14%) təşkil edəcək.

Qeyd edək ki,  minimum əmək haqqının əmək qabiliyyətli əhali ucun olkə uzrə yaşayış minimumu əvəz edilməsi illik gəlirdə də nəzərə alınıb. Məlumat üçün bildirək ki, dəyişikliyin layihə formasında ölkə üzrə yaşayış minimumu (yəni 116 manat) qeyd edilmişdi. Amma Prezidentin təsdiqi etdiyi qanunda əmək qabiliyyətli əhali ucun ölkə uzrə yaşayış minimumunun (yəni 125) manat qeyd edilib.

P.S. Hörmətli oxucular, Monitor Konsaltinq Servis" hər il olduğu kimi yanvar ayından etibarən  "Vergi Məcəlləsi -2013" kitabını hazırlayacaq xidmətinizə təqdim edəcək. Bu nəşrimizdə Vergi Məcəlləsi və normativ hüquqi sənədlərlərin çapı ilə yanaşı Məcəlləyə edilən SON əlavə və dəyişikliklərin şərhi də veriləcək. Bundan əlavə kitabın üzərində bonus olaraq veriləcək "CD"-də qanunvericilik sənədlərin elektron varianti və əmək haqqı kalkulyatoru yerləşdiriləcək. Qeyd edək ki, kitabı əldə etmək istəyənlər öz əlaqə nömrələrini [email protected] email adressinə və ya 437-32-67 saylı telefonla bildirməyini xahiş edirik. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər