Vergi Məcəlləsinə təklif olunan dəyişiklik aylıq vergi dərəcələrini necə dəyişdirəcək?

Vergi Məcəlləsinə təklif olunan dəyişiklik aylıq vergi dərəcələrini necə dəyişdirəcək?

2000 manatdan yuxarı maaş alanlar üçün bundan yaxşı Yeni il Hədiyyəsi olmaz...- Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin misalla izahı "MK"-nın təqdimatında

Vergi Məcəlləsinə 101.1-ci maddəsinə ediləcək dəyişiklik təsdiq olunduqdan sonra aylıq gəlirdən gəlir vergisinin tutulması dərəcəsi dəyişəcək. Belə ki, həmin maddəyə əsasən, 2000 manata qədər 14 faiz vergi tutulurdusa, artıq dəyişiklikdən sonra bu rəqəm 2500 manata qaldırılb.

Bundan əlavə, dəyişikliyə əsasən artıq 2500 manatdan çox olan məbləğin 30 faizi yox 25 faizi qədər vergi tutulacaq. Misal üçün 3000 manat əmək haqqı alan işçinin gəlir vergisi 580 (280+(3000-2000)x30%) manat edirdirsə, dəyişiklikdən sonra bu rəqəm 475 manat (350+(3000-2500)x25%) olacaq.


P.S. Hörmətli oxucular, Monitor Konsaltinq Servis" hər il olduğu kimi yanvar ayından etibarən  "Vergi Məcəlləsi -2013" kitabını hazırlayacaq xidmətinizə təqdim edəcək. Bu nəşrimizdə Vergi Məcəlləsi və normativ hüquqi sənədlərlərin çapı ilə yanaşı Məcəlləyə edilən SON əlavə və dəyişikliklərin şərhi də veriləcək. Bundan əlavə kitabın üzərində bonus olaraq veriləcək "CD"-də qanunvericilik sənədlərin elektron varianti və əmək haqqı kalkulyatoru yerləşdiriləcək. Qeyd edək ki, kitabı əldə etmək istəyənlər öz əlaqə nömrələrini [email protected] email adressinə və ya 437-32-67 saylı telefonla bildirməyini xahiş edirik. 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər