«ASAN xidmət» neçə dövlət orqanını əhatə edəcək?
Bu da.... ASAN xidmət
Dekabrın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 nömrəli «ASAN xidmət» mərkəzinin binası istifadəyə verilib.
Prezident İlham Əliyev açılışda iştirak edib. Bu barədə prezidentin saytında məlumat verilib.
«ASAN xidmət» mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək.
0 Komment
Şərh yazın