Ucqar kənd məktəblərində işləyən gənc müəllimlərə ayrılan vəsaitin artırılması üçün təkliflər

Ucqar kənd məktəblərində işləyən gənc müəllimlərə ayrılan vəsaitin artırılması üçün təkliflər

Təhsil Nazirliyi ucqar kənd məktəblərində işə başlayan gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar nəzərdə tutulan vəsaitin həcminin artırılmasına dair təkliflər hazırlayacaq.
Təhsil Nazirliyindən şənbə günü Trend-ə bildirilib ki, təhsil naziri Misir Mərdanovun verdiyi əmrə əsasən, TN-in tabeliyində müasir infrastruktura malik "Təlim, tədris, imtahan mərkəzi"nin yaradılması istiqamətində təkliflər hazırlanacaq. Bu mərkəzdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin, bu proseslə əlaqədar təlimlərin, seminarların və digər metodiki işlərin keçirilməsi nəzərdə tutulur.

Nazirliyin müvafiq şöbələri hər il iyul ayının 1-dək vakant yerlər barədə məlumatların təhlilini aparmalıdırlar. İyun ayının 15-dək isə növbəti tədris ili üçün Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nomrəli qərarına uyğun olaraq, əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerləri müəyyənləşdirilərək Maliyyə Nazirliyinə təqdim edilməlidir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər