Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra məcburi köçkünün əmək haqqısında nə qədər artım olacaq?
Vergi Məcəlləsinə edilən dəyişikliklər yalnız "MK"-da şərh olunur...
Vergi Məcəlləsinə 102.4-cü maddəsinə təklif olunan dəyişikiyə görə, aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 55 yox 100 manat məbləğində azaldılacaq.:
• həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
• 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar;
• Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
• daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
• məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
Misal üçün, “X” firmasında işləyən məcburi köckün 250 manat aldığı əmək haqqısından 27.30 ((250-55)x14%) ödəyirdisə, 2013-cü ildən bu məbləğ 21.00 ((250-100)x14%) manat təşkil edəcək. Göründüyü kimi, biz misalda məcburi köçkünün əmək haqqısında 6,30 manat artım olacaq.
P.S. Hörmətli oxucular, Monitor Konsaltinq Servis" hər il olduğu kimi yanvar ayından etibarən "Vergi Məcəlləsi -2013" kitabını hazırlayacaq xidmətinizə təqdim edəcək. Bu nəşrimizdə Vergi Məcəlləsi və normativ hüquqi sənədlərlərin çapı ilə yanaşı Məcəlləyə edilən SON əlavə və dəyişikliklərin şərhi də veriləcək. Bundan əlavə kitabın üzərində bonus olaraq veriləcək "CD"-də qanunvericilik sənədlərin elektron varianti və əmək haqqı kalkulyatoru yerləşdiriləcək. Qeyd edək ki, kitabı əldə etmək istəyənlər öz əlaqə nömrələrini [email protected] email adressinə və ya 437-32-67 saylı telefonla bildirməyini xahiş edirik.
0 Komment
Şərh yazın