Vakansiya! Finca təşkilatından sərfəli iş təklifi
Təcili, işçi axtarılır, tələsin...
Şirkətin Adı: FINCA International
Vakansiya: Satınalma üzrə işçi
Yüklənib/ Son tarix: 27 dekabr / 06 yanvar
İş yeri: Bakı
E-mail: [email protected]
FINCA International Afrika, Avrasiya və Latın Amerikasının 21 ölkəsində yüz minlərlə müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının BAŞ OFİSİ üçün SATINALMALAR ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.
Məqsəd:
“FİNCA Azerbaijan”-nın İnzibati Şöbəsinin öz başlıca iş funksiyalarını yerinə yetirə bilməsi üçün Satınalmalar üzrə işçi Baş Ofisin və digər ofislərin bütün təchizati ehtiyaclarını təmin etməlidir.
Hesabat verir: “FİNCA Azerbaijan” təşkilatında İnzibati Şöbənin Menecerinə.
TƏLƏB OLUNAN BILIK VƏ BACARIQLAR:
- Ali təhsil;
- Müvafiq alqılarla bağlı operativ olaraq firmaların tapılması üzrə təcrübə;
- Sərfəli qiymət müqabilində keyfiyyətli xidmət göstərən təchizatçılar ilə işgüzar əlaqələrin qurulması,bacarığı;
- Ümumi komputer bilikləri (MS Office);
- Həm yazılı həm də şifahi formada yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
- Düzgünlüyü sevən, məsuliyyətli və işində dəqiq olmalıdır.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 6 Yanvar 2013-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№614/12) qeyd etməklə göndərə bilərsiniz.
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz;
Bakı şəh., C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87
Mənbə: azerjobs.com
0 Komment
Şərh yazın