Prezident yeni tunelin açılışında iştirak etdi
Bu tunel vasitəsiylə sürücülər hansı yollarını qısaldacaqlar
AzərTAc-ın məlumatına görə, dekabrın 28-də Bakının Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tuneli istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib.
Tunelin ümumi uzunluğu 546, eni 16,5 metr, hərəkət zolaqlarının sayı isə dörddür.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına tunel tipli yol qovşaqlarının layihəsi barədə məlumat verib. Bildirilib ki, layihə metronun “Gənclik” stansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin olunmasını nəzərdə tutur. Ərazidə 6 girişi, 10 çıxışı, ümumi uzunluğu 2470 metr olan 6 tunel tipli yol qovşağı, 10 piyada keçidi inşa olunacaq. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospektini Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinə birləşdirəcək. Beləliklə, Təbriz küçəsindən hərəkət edən avtomobillər “Gənclik” dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin avtomobilləri Xoyski prospektinə qısa döngələrlə istiqamətləndirmək mümkün olacaq. Vaqif prospektindən gələn avtomobillər Xoyski prospektinin altından keçərək gələcəkdə tikintisi nəzərdə tutulan yeraltı avtomobil dayanacağından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcək.
0 Komment
Şərh yazın