İpoteka Fondunun və ya özəl bankın vəsaiti hesabına ipoteka krediti götürməyin ÜSTÜN VƏ ZƏİF cəhətləri

İpoteka Fondunun və ya özəl bankın vəsaiti hesabına ipoteka krediti götürməyin ÜSTÜN VƏ ZƏİF cəhətləri

İpoteka kredit almaq istəyənlər, bu məlumatla tanış olub qərarınızı verin....

Azərbaycan İpoteka Fondu əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. Əhaliyə ipoteka kreditlərinin verilməsi AMB tərəfindən seçilmiş müvəkkil kredit təşkilatları tərəfindən həyata keçirilir. Yəni nəticədə həm dövlət- İpoteka fondu hesabına ayrılmış ipoteka kreditlərinə, həm də ayrıca bank hesabına ayrılmış ipoteka kreditlərinə əhali tərəfdən kifayət qədər maraq yüksəkdir. Ancaq burda bir neçə məqam var.

Bank hesabına ipoteka kreditinə ehtiyac adətən dövlət hesabına verilən kreditin bitdiyi və ya ona çoxlu növbə olduğu vaxt aktuallaşır.
Beləki, İpoteka fondu hesabına ayrılmış bu kreditlərin faiz dərəcəsi 8%, güzəştli 4% olduğu halda, özəl banklarda faiz təxminən 10-20 % arası dəyişir.
İpoteka fondu ilə alınan kreditlərdə müddət 25-30 il olduğu halda, özəl banklarda həmin müddət daha azdır, məsələn 10 il.
Maxsimal məbləğ İpoteka fondu ilə alınan kreditlərdə 50 000 AZN olduğu halda, özəl bankda 100 000 AZN ola bilər.
İlkin ödəniş tələblər də fərqlidir, məsələn İpoteka fondu ilə alınan kreditlərdə 15-20% olduğu halda, özəl banklarda həmin faiz daha çox 20-35% arası dəyişir.
İpoteka krediti bank hesabına verildikdə müştəridən 1-3% komisyon haqqı tutulur, İpoteka fondu ilə alınan ipoteka kreditində isə proqram şərtlərinə əsasən borcun rəsmiləşdirilməsinə görə komissiya borcun məbləğinin 0,1%-dən artıq olmamalıdır.

Mənbə: banker.az

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər