İpoteka krediti almaq üçün ilk növbədə banka hansı sənədlər təqdim edilməlidir?
Adətən Banklar tərəfindən aşağıdakı sənədlərin təqdim olunması tələb edilir:
- Ər/arvadın Şəxsiyyət vəsiqəsi (Passport);
- Nikahın bağlanması haqqında şəhadətnamə/Həyat yoldaşlarından birinin
Ölüm haqqında şəhadətnaməsi (əgər varsa);
- Uşağın doğum haqqında şəhadətnaməsi;
- Yaşayış yerindən arayış;
- Son altı ay ərzində gəlirləri təsdiq edən sənəd;
- İpoteka kreditin alınmasına dair borcalanın ərizəsi;
- Borcalanın ipoteka krediti almaq üçün Ərizə-Anketi.
Bir sıra Banklar bu sənədlərin yalnız bir neçəsini, bəziləri isə siyahıda olmayanlardan əlavə sənədlər tələb edə bilərlər.
0 Komment
Şərh yazın