Azərbaycan gömrükçüləri 250-dən artıq cinayət xarakterli hüquqpozma aşkar ediblər
Azərbaycan gömrükçüləri bu ilin 11 ayında cinayət xarakterli 252 hüquqpozma aşkar ediblər.
Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aşkar edilmiş cinayətlərdən 190-ı qaçaqmalçılıq, 79-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 4-ü valyuta vəsaitlərinin xaricdən qaytarılmaması, 4-ü gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı olub. Bu cinayətləri törədən 291 nəfər təqsirləndirlən şəxs qismində həbs olunub.
Cari ilin 11 ayında gömrükçülər 5 kiloqramdan artıq narkotik vasitə, 10 kiloqrama yaxın psixotrop maddəni qanunsuz dövriyyədən çıxarıb.
Hesabat dövründə gömrük hüquqpozmaları ilə bağlı 13 353 inzibati xəta aşkar edilib.
0 Komment
Şərh yazın