İpoteka kreditində maksimal məbləğ necə müəyyənləşir?

İpoteka kreditində maksimal məbləğ necə müəyyənləşir?

Kreditin maksimal məbləğinin müəyyənləşdirilməsində əsas göstərici Sizin gəlirinizdir. Bank ilk növbədə Sizin krediti ödəmək qabiliyyətinizin olmasına əmin olmalıdır. Buna görə də o, kreditin maksimal məbləğini elə müəyyən edir ki, kredit üzrə aylıq ödənişin (bu hər ay bərabərdir) məbləği Sizin aylıq gəlirinizin müəyyən olunmuş hissəsini keçməsin. Bu hissənin müəyyən olunması Bankın siyasətindən asılıdır. Bəzi Banklar aylıq ödənişin aylıq gəlirə nisbətinin 30%, bəziləri isə 50% həddində olmasını tələb edirlər.

Qeyd olunanlarla yanaşı, illik faiz dərəcəsi və kreditin müddəti də kreditin maksimal məbləğinə təsir edir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər