Vergi Apelyasiya Şurasının iclasında ƏDV-lə bağlı maraqlı yanaşma

Vergi Apelyasiya Şurasının iclasında ƏDV-lə bağlı maraqlı yanaşma

Vergi Apelyasiya Şurasının iclasında vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Qrin Hill” MMC-nin rəhbəri Qafarov Mahir İsmayıl oğlunun kameral hesablama bildirişinin ləğv edilməsi və 2006-2007-ci illərə aid vergi-hesab fakturaları üzrə ƏDV məbləğinin əvəzləşdirilməyə qəbul edilməsi barədə təkrar şikayətinə baxılmışdır.

Araşdırma nəticəsində məlum olmuşdur ki, müəssisə 03.10.2011-ci il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsinə könüllü ərizə ilə müraciət edərək 01.05.2006-cı il tarixdən ƏDV qeydiyyatına alınmış və vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində 2006-2007-ci illərin müvafiq aylarında əldə etdiyi vergi hesab-fakturalarına görə ƏDV məbləğlərinin əvəzləşdirilməsini tələb etdirmişdir. Qeyd edilən əvəzləşdirmə nəzərə alınmayaraq kameral vergi yoxlaması nəticəsində müəssisəyə 210 min 75,42 manat əlavə vergi məbləği hesablanmışdır.

Müəssisənin vergi orqanına təqdim etdiyi bəyannamələrə və vergi orqanının uçot-məlumat bazasına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi 2006-cı ildən bu günədək olan dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Vergi Məcəlləsinin 156.1-ci maddəsində qeyd edilmişdir ki, qeydiyyatdan keçməli olmayan, sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.  Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir. Bu səbəbdən də, Vergi Məcəlləsində onun könüllü qaydada ƏDV qeydiyyatına alınmaq hüququ müəyyən edilməmişdir.
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər